25 iyun 2025 14:56
123

Ermənistanda bir neçə müxalifətçi və din xadimləri saxlanılıb

Ermənistanda güc strukturları tərəfindən daha bir neçə müxalifət üzvü, o cümlədən iki din xadimi saxlanılıb. Din xadimlərindən biri “Müqəddəs mübarizə” hərəkatının lideri Baqrat Qalstanyanın evinin yaxınlığında həbs edilib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, “arxiyepiskop Baqratdan başqa, din xadimləri Qrayr və Movses də saxlanılıb. Onların statusu artıq məhbus kimi qiymətləndirilir”, - deyə vəkil Sergey Arutyunyan Qalstanyanın evinin yaxınlığında jurnalistlərə bildirib. Keşiş Hrayrın saxlanılması görüntüləri yerli telekanallar tərəfindən yayımlanıb.

Ermənistan parlamentinin müxalif “Ermənistan” (“Hayastan”) fraksiyasından olan deputatı Qeqam Manukyan da feysbuk səhifəsində Ermənistan müxalifət partiyası ali orqanının üzvü İqor Sarkisyanın saxlanılması barədə məlumat yayıb.