NATO Finlandiyanı yeni Ukraynaya çevirir.
“İki sahil” RT-yəa istinadla xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Tuomas Malinen deyib.
O, Şimali Atlantika Alyansı ölkələrinin Finlandiyaya yeni briqada yaratmaq üçün öz qoşunlarını göndərməsi ilə bağlı məlumatları belə şərh edib.
“Onlar ölkəmizi tədricən yeni Ukraynaya çevirirlər”, – professor sosial media hesabında yazıb.
Bundan əvvəl "Teleqraf" xəbər vermişdi ki, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa Rusiya ilə sərhəddə milyonlarla mina yerləşdirə bilər.