"McDonald's" korporasiyası və "Krispy Kreme" şirkəti bir ildən çox davam edən tərəfdaşlıqlarının başa çatdığını elan ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Krispy Kreme" şirkətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, yüksək xərc səbəbindən "Krispy Kreme" artıq "McDonald's" restoranlarında ponçiklərini satmayacaq.
Qeyd edək ki, "Krispy Kreme" 2022-ci ildə sınaq məqsədilə Kentukkidəki 160 "McDonald's" restoranında məhsullarını satışa çıxarmışdı.
Tələbin gözləntiləri aşmasından sonra tərəfdaşlığı genişləndirmək qərarı verilmişdi. Hətta 2026-cı ilin sonuna qədər bütün ABŞ ərazisindəki "McDonald's" restoranlarında bu ponçiklərin satışı planlaşdırılırdı.