05 iyun 2025 23:07
221

Mask-Tramp qarşıdurması...

"Tesla"nın səhmləri Nasdaq elektron birjasında şirkətin rəhbəri İlon Maskla ABŞ Prezidenti Donald Tramp arasında münaqişə fonunda 9 %-dən çox ucuzlaşıb.

“İki sahil” xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 20:55-ə olan məlumata görə, şirkətin səhmləri 9,08 % ucuzlaşaraq bir səhm üçün 301,91 dollar təşkil edib. Saat 21:35-də kotirovkalar enişini yavaşladıb və bir səhm üçün 302,61 dollara (-8,87%) satılıb, 22:29-da qiymət 297,91 dollara (-10,28%) bərabər olub.

Daha əvvəl Tramp amerikalı sahibkardan məyus olduğunu bildirmişdi.