06 iyun 2025 21:59
111

Ermənistan ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb.

“İki sahil” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə iyunun 6-da saat 13:00 radələrində baş verib.

Hadisənin başvermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.