Litva öz ərazisində ABŞ-ın əlavə hərbi kontinqentini qəbul etməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Dovile Şakalene ABŞ Xüsusi Əməliyyatlar Komandanı general Brayan Fenton ilə görüşdə bildirib.
"Litva xüsusi əməliyyat qüvvələri də daxil olmaqla, daha çox ABŞ hərbi qulluqçusunu qəbul etməyə hazırdır və buna görə də amerikalı əsgərlər üçün hərbi infrastrukturu təkmilləşdirməyə davam edir", - deyə nazir bildirib.
"Amerika qoşunlarının Litvada olması və onların regionumuzun təhlükəsizliyinin təmin edilməsində fəal iştirakı NATO-nun şərq sərhədində qarşısı alınma və müdafiəni təmin etmək üçün ən təsirli üsullardan biridir", - deyə o əlavə edib.