Azərbaycanın enerji siyasəti iqtisadi model olmaqla yanaşı sosial və siyasi modellərin inkişafında lokomotiv rol oynayır. Bu sahədə əldə olunan uğurlar əməkdaşlığın dərinləşməsi və təkcə regionun deyil eyni zamanda Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu artırır. 2 iyun 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev çıxışı zamanı enerji siyasətinin gələcək perspektivlərinə toxunub. Qeyd edib ki, qlobal enerji təhlükəsizliyində Azərbaycanın rolu artır və bu həyata keçirilən uzaqgörən siyasət nəticəsində mümkün olub.
Prezident İlham Əliyev çıxışı zamanı onu da bildirdi ki, ölkə ÜDM-də neft və qaz sektorunun payı 30 faizdən artıq olsa da, iqtisadiyyatın diversifikasiyası istiqamətində ciddi islahatlar həyata keçirilir. Xarici borcun ÜDM-ə nisbətinin 7 faizdən az olması və maliyyə ehtiyatlarının xarici borcu 14 dəfə üstələməsi dövlətin maliyyə dayanıqlığını göstərir. Yoxsulluğun 5 faizə qədər enməsi isə sosial siyasətin uğurunu sübut edir. Təhsil və insan kapitalına yatırımlar, savadlılığın 100 faiz səviyyəsində olması da Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm sütunlarıdır. Bu göstəricilər onu sübut edir ki, enerji gəlirləri yalnız infrastruktur və iqtisadi artım deyil, həm də insan inkişafı üçün istifadə olunur.
Enerji strategiyamızın əsasını təkcə ixrac deyil, eyni zamanda tranzit enerji layihələrin reallaşması, enerji təhlükəsizliyinin təmin olunması və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq yürüdülən siyasətin əsasını təşkil edir.
Qlobal dünyamızda yaşıl enerjinin rolunun artdığı nəzərə alsaq bu yöndə uzunmüddətli layihələrin reallaşması günün tələbinə çevrilib. Azərbaycanın yaşıl enerji gündəliyi bu baxımdan zəngindir. Həm yerləşdiyi coğrafi mövqe həm əldə olunan təcrübələr yaşıl enerjidən səmərəli istifadə digər iqtisadi imkanlarımızın genişlənməsinə səbəb olacaq.
Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı bu məsələyə xüsusi olaraq toxundu. Bildirdi ki, Azərbaycanın yaşıl enerji gündəliyi iddialıdır və Azərbaycan neft-qazla zəngin bir ölkə kimi bu sahəyə ciddi sərmayələr yönəldir. 2030-cu ilə qədər 6,5 giqavat həcmində bərpaolunan enerji istehsalı nəzərdə tutulur ki, bu da ümumi enerji istehsalının 35 faizindən çoxunu təşkil edəcək. Bunun nəticəsində bir neçə milyard kubmetr qaz qənaət ediləcək və ixraca yönəldiləcək.
Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı