Dünyada qardaşlıq bağları üzərində qurulan, qarşılıqlı hörmət və güvənlə möhkəmlənən dövlətlərarası münasibətlər azdır. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan və ildən-ilə daha da güclənən üçtərəfli əməkdaşlıq bu baxımdan nümunəvi xarakter daşıyır. Bu üç ölkənin ortaq dəyərləri, tarixi bağları və strateji maraqları onlarıyaxınlaşdırmaqla yanaşı, regionda və dünyada sülhün, sabitliyin və inkişafın təminatçısına çevrilmək potensialını da artırır.Azərbaycan, Türkiyə və Pakistan xalqları əsrlər boyu ortaq tarixi, dini və mədəni dəyərlər paylaşmışdır. Bu ölkələrin arasında mövcud olan münasibətlərin təməli yalnız müasir dövrdə deyil, tarix boyunca atılmışdır.
Azərbaycan xalqı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Türkiyədən böyük dəstək almışdır. Eyni şəkildə, 20-ci əsrin ortalarında Hindistandan ayrılıb müstəqil Pakistan dövləti yarandıqdan sonra Azərbaycan xalqı bu yeni dövlətin müstəqilliyini rəğbətlə qarşılamışdır.Müasir dövrdə isə bu münasibətlər daha da dərinləşmiş, siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə qarşılıqlı əməkdaşlıq səviyyəsi xeyli yüksəlmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həm Türkiyə, həm də Pakistan bu müstəqilliyi tanıyan ilk ölkələrdən olmuşdur. Bu da ölkələr arasında qardaşlıq münasibətlərinin nə qədər səmimi və strateji xarakter daşıdığını sübut edir.Siyasi və Diplomatik Əməkdaşlıq Üç ölkə arasında yüksək səviyyəli siyasi münasibətlər mövcuddur. Dövlət başçıları arasında müntəzəm görüşlər, qarşılıqlı səfərlər vəimzalanan sənədlər bu münasibətləri daha da möhkəmləndirir.
2021-ci ildə Bakı şəhərində keçirilmiş Azərbaycan–Türkiyə–Pakistan parlament sədrlərinin üçtərəfli görüşü bu əməkdaşlığın institusionalsəviyyəyə çatdığını göstərir. Bu görüşdə qəbul edilən Bakı Bəyannaməsi ölkələr arasında əməkdaşlığın hüquqi çərçivə-sini müəyyənləşdirən mühüm sənəddir.Eyni zamanda, bu üç ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir. Məsələn, Pakistan Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş, Türkiyə isə həm siyasi, həm də diplomatik sahələrdə Azərbaycanla çiyin-çiyinə dayanmışdır.Azərbaycan, Türkiyə və Pakistan arasında mədəniyyət, təhsil və gənclər sahəsində də əməkdaşlıq sürətlə inkişaf edir. Universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi proqramları və ortaq mədəni tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanı və dostluğu gücləndirir. Hər üç ölkədə bir-birinə qarşı olan dərin sevgi və hörmət cəmiyyətlər səviyyəsində də özünü göstərir.
Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşmış üçtərəfli əməkdaşlıq modeli zamanın sınağından çıxmış, real nəticələr vermiş və gələcək üçün böyük perspektivlər vəd edən bir əməkdaşlıq nümunəsidir. Bu üç qardaş ölkənin birliyi yalnız öz xalqlarının rifahına xidmət etmir, eyni zamanda regional və qlobal sabitliyə də töhfə verir. Bu əməkdaşlığın dərinləşməsi və daha geniş sahələri əhatə etməsi regionda yeni güc mərkəzinin formalaşmasına təkan verəcəkdir. Birliyimiz gücümüzdür bu prinsip üzərində qurulan Azərbaycan–Türkiyə–Pakistan dostluğu gələcəyə inamla addımlayır.
Aysel Mehtiyeva,
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı