Yeni Zelandiyanın şimalında 6 maqnitudalı zəlzələ olub.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Geolojin Xidməti bildirib.
Xidmətin verilənlərinə görə, yerli vaxtla 10:21-də (Bakı vaxtı ilə 02:21) qeydə alınmış zəlzələnin episentri Kermadek adaları bölgəsində – Sakit okeanda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi hələlik elan edilməyib.