02 iyun 2025 14:08
174

ABŞ dövlət katibinin nüvə siyasəti üzrə köməkçisinin müavini Ermənistana gedib

ABŞ dövlət katibinin beynəlxalq nüvə siyasəti və əməkdaşlıq üzrə köməkçisinin müavini Aleşiya Dunkan (Aleshia Duncan) Ermənistana səfər edib.

“İki sahil” xəbər verir ki,  bu barədə ABŞ-nin İrəvandakı səfirliyi paylaşım edib.

Qeyd olunub ki, səfər çərçivəsində o, ölkələr arasında enerji sahəsində əməkdaşlığı gücləndirmək üçün bir sıra görüşlər keçirəcək.