03 iyun 2025 18:30
170

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib

İsveçrə Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Kommersant" məlumat yayıb. 

Bildirilir ki, ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) bu haqda açıqla yayıb. Siyahıya 17 fiziki şəxs və 58 təşkilat, həmçinin 189 gəmi və 31 şirkət daxildir.

Tədbirlər iyunun 3-də saat 23:00-dan qüvvəyə minir.