02 iyun 2025 00:27
268

AFFA prezidenti minifutbol millimizi təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf minifutbol üzrə Azərbaycan milli komandasını Bakıda təşkil olunan dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

“İki sahil” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Rövşən Nəcəf komandamızın turnirdə parlaq çıxış etdiyini və final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini bildirib: 

“Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, finalda Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanan minifutbol millimiz dünya çempionu olub.