“Leççe”nin yarımmüdafiəçisi Lassana Kulibalinin villasından oğurluq edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Sportmediaset” məlumat yayıb. Hadisə zamanı ümumi dəyəri 60 min avro olan dörd bahalı saat aparılıb.
Oğurluq noyabrın 10-da futbolçu və ailəsinin evdə olmadığı vaxt baş verib. Oğrular giriş qapısını sındıraraq villaya daxil olub, otaqları axtarıb və yataq otağındakı dolabdan saatları götürüblər.
Digər əşyaların da oğurlanıb-oğurlanmadığı hələlik məlum deyil. Bildirilir ki, hadisə ilə bağlı istintaq davam edir.
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək