02 iyun 2025 08:38
284

Mehriban Əliyeva minifutbol millimizi dünya çempionu olması münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan milli komandasını dünya çempionu olması münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, M.Əliyeva bununla bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

"Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!" - paylaşımda bildirilib.