27 may 2025 13:57
160

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi

Azərbaycan xalqı müstəqillik yolunda ilk addımlarını hələ 1918-ci ildə atmışdı. Məhz həmin il Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Prezident İlham Əliyevin də dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı.” Bu, təkcə Azərbaycan üçün yox, bütün Şərq və müsəlman dünyası üçün böyük bir addım idi. Demokratik prinsiplərə əsaslanan bir dövlətin qurulması xalqımızın nə qədər irəli düşüncəli və azadlıqsevər olduğunu sübut edirdi. Hərçənd ki, bu müstəqillik cəmi 23 ay davam etdi, amma onun ideyası heç zaman ölmədi. 1991-ci ildə Azərbaycan yenidən müstəqil oldu və bu dəfə bu müstəqillik əbədi olmaq üçün doğuldu.

Azərbaycan xalqı illərlə azadlıq arzusuyla yaşamış, bu yolda çoxsaylı sınaqlardan keçmişdir. 1991-ci ildə ölkəmiz öz müstəqilliyini elan etdi. Amma bu müstəqillik sadəcə bir sənədlə başa gəlmədi. Onun arxasında yüzlərlə şəhidin qanı, xalqın əzmi və böyük bir mübarizə dayanırdı.

Əslində, xalqımızın müstəqillik arzusu daha əvvəldən, 1918-ci ildə həyata keçmişdi. Məhz həmin il Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Prezident İlham Əliyevin də dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.” Bu hadisə Azərbaycan xalqının azadlıq və demokratiyaya nə qədər bağlı olduğunu sübut edirdi.

Lakin bu müstəqillik uzun çəkmədi və biz yenidən sovet rejiminin tərkibinə daxil olduq. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən müstəqil oldu. Amma bu dəfə bu müstəqilliyin qorunması və saxlanması daha da çətin idi.

Ulu Öndər Heydər Əliyev çox doğru demişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Çünki müstəqillik əldə ediləndən sonra onu qoruyub saxlamaq üçün sabitlik, inkişaf və güclü dövlət qurmaq lazım idi. 90-cı illərin əvvəllərində ölkədə daxili qarışıqlıqlar, iqtisadi çətinliklər və xarici təzyiqlər hökm sürürdü. Belə bir zamanda xalqın ümidi Ulu Öndərə yönəldi. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyev ölkədə sabitlik yaratdı, ordu quruculuğuna önəm verdi və iqtisadi islahatlara başladı. Xarici ölkələrlə əlaqələr qurularaq Azərbaycanın dünyada nüfuzu artdı. Neft müqavilələri imzalandı və ölkəmiz regionda güclü dövlətlərdən birinə çevrildi.

Bu gün biz rahat, firavan bir mühitdə yaşayırıqsa, bu, həmin müstəqilliyin qorunması sayəsindədir. Müstəqillik sadəcə bir söz deyil, o, hər bir azərbaycanlının qürur mənbəyidir. Biz də bu gün onu qorumağa, saxlamağa və gələcək nəsillərə ötürməyə borcluyuq.

Sonda demək istəyirəm ki, müstəqillik bizə əmanətdir. Bu əmanəti qorumaq hər birimizin vətəndaşlıq borcudur. Ulu Öndərin və cənab Prezidentin sözləri bu gün də öz aktuallığını saxlayır və bizə yol göstərir.

Məhəmməd Babayev,
YAP Xətai rayon təşkilatının fəalı