21 may 2025 14:20
100

Aİ Rusiyadan qaz idxalında sıfır kvotanı nəzərdən keçirir - "Bloomberg"

Avropa İttifaqı Rusiya qazının idxalına sıfır kvotanın mümkün tətbiqini nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

"Aİ çox güman ki, sıfır kvotadan istifadə edərək tədarüklərə qadağa qoya bilər. Bu da effektiv ticarət tədbiridir və yalnız ixtisaslı çoxluq tələb edir", - məqalə müəllifi qeyd edib.

Birbaşa sanksiyaların tətbiqi istisna edilib, çünki onların təsdiqi üçün bütün Aİ üzvlərinin razılığı tələb olunur. Qeyd edilib ki, Macarıstan və Slovakiyanın etirazları səbəbindən buna nail olmaq mümkün deyil.

Sıfır kvota Avropa şirkətlərinə rus tədarükçüləri ilə müqavilələri ləğv etmək üçün fors-major səbəb göstərməyə imkan verəcək.