ABŞ-da tapılan nadir ilan artıq 7 aydır normal yaşayır və belə görünür ki, ikinci başı ona mane olmur.
“İki sahil” xəbər verir ki, bu barədə "Popular Science" yazır.
Kaliforniya ştatının Berkli şəhərində yerləşən "East Bay Vivarium" laboratoriyasının iki işçisi 7 ay əvvəl inkubatordan çıxardıqları ilan balasını görəndə çox təəccübləniblər. "Lampropeltis California" növünə aid zəhərsiz ilan balasının iki başı var.
Bu növ ilanlar ABŞ-ın qərb hissəsində yaşayır və yarımsəhra, seyrək meşə, çay kənarındakı kolluqları üstün tuturlar. "Lampropeltis California" ilanları 1.5 metr uzunluğa qədər böyüyür və insanlar üçün təhlükə təşkil etmirlər. Onlar kərtənkələlər, gəmiricilər və digər ilanlarla qidalanırlar.
İlan qidalanmaq üçün dominant başdan istifadə edir, ikinci baş isə demək olar ki, qida ilə maraqlanmır və hətta yeməyə belə cəhd etmir. Laboratoriya işçiləri hesab edirlər ki, ikinci baş ilanın heç bir orqanını idarə etmir və onun qida borusu iki bədənin birləşdiyi yerdə bitir.
Fidan: Hərbi təyyarənin qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə tədbirlərini izləyirik
Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri Təyyarə qəzasını müzakirə ediblər
Baş nazir: Moldova 2027-ci ilin sonunadək Aİ-yə üzvlük danışıqlarını başa çatdırmağa hazır olmalıdır