Mayın 18-də yerli vaxtla saat 17:35-də Jetısu vilayətinin Matay stansiyasında dəmir yolu keçidində “Mitsubishi Pajero” ilə yük qatarı toqquşub.
“İki sahil” KAZINFORM-a istinadla xəbər verir ki, bu barədə "Qazaxistan Dəmir Yolları" Milli Şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Lakin avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Məlumatda deyilir ki, hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Hadisəyə səbəb kimi sürücünün yol hərəkəti qaydalarını pozması göstərilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”