ABŞ-nin maliyyə naziri Skott Bessent bu həftə Birləşmiş Ştatların reytinqini aşağı salan “Moody's” agentliyinə etibar etmədiyini söyləyib.
“İki sahil” xəbər verir ki, nazir CNN telekanalına müsahibəsində bununla bağlı fikrini bildirib.
"ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə tarixi səfərindən qayıtması zəruridir və ABŞ-yə trilyonlarla dollar gəlir. Biz investorların inamını görürük, ona görə də “Moody's”yə inamım azdır", - o deyib.
Daha əvvəl “Moody's” agentliyi ABŞ-nin dövlət borcunun artımını əsas gətirərək ölkənin reytinqini sabit proqnozla AAA-dan AA1-ə endirib.