18 may 2025 21:21
141

Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın paytaxtı Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.

“İki sahil” İRNA-ya istinadən xəbər verir ki, görüş zamanı tərəflər dəhliz yolları və tranzit marşrutlarının tikintisinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Həmçinin, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Hikmət Hacıyev hal-hazırda Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda rəsmi səfərdədir.