Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Tehranda İran və Omanın xarici işlər nazirləri Abbas Əraqçi və Bədr əl-Busaidi ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Görüş zamanı tərəflər Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarla bağlı son hadisələri müzakirə ediblər", - deyə bildirilib.
O ümid etdiyini bildirib ki, ABŞ və İran regionda və dünyada təhlükəsizliyi gücləndirəcək “ədalətli, davamlı və məcburi razılaşma” əldə edəcəklər.
Qətərin baş naziri İrana səfəri zamanı İslam Respublikasının prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul edilib.
"Mən sizinlə regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaqdan və ölkələrimiz arasında iqtisadi əlaqələri müzakirə etməkdən məmnun oldum", - deyə İran prezidenti "X" sosial şəbəkəsində yazıb.