13 may 2025 20:07
111

Tramp Səudiyyə Ərəbistanında Suriyanın yeni prezidenti ilə görüşəcək

ABŞ Prezident Donald Tramp mayın 14-də Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti Əhməd əl-Şara ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ ev rəsmisi məlumat verib.

Qeyd edək ki, ABŞ administrasiyası hələ də Suriyadakı yeni hökuməti tanımayıb.

Bununla yanaşı Bəşər Əsəd dövründə Dəməşqə tətbiq edilən sanksiyalar da qüvvədə qalır.