Rusiya müharibənin 1175-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 662 təyyarəsi, 283 helikopteri, 56 944 PUA-sı, 605 zenit-raket kompleksi, 23 310 tank və digər zirehli texnikası, 1 562 reaktiv yaylım atəş sistemi, 24 791 artilleriya və minaatanı, 35 394 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.