13 may 2025 19:27
115

ABŞ və Səudiyyə Ərəbistanı arasında strateji iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud strateji iqtisadi tərəfdaşlıq sazişi imzalayıblar.

“İki sahil” xəbər verir ki, imzalanma ABŞ Prezidentinin bu ölkəyə səfəri çərçivəsində baş tutub.

Daha sonra hər iki ölkənin kabinet üzvləri arasında enerji, Səudiyyə Ərəbistanında silahlı qüvvələrin modernləşdirilməsi, məhkəmə sistemləri, gömrük orqanları arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.