"Google" transmilli korporasiyası loqotipini yeniləyib.
“İki sahil” "9to5google" nəşrinə istinadla xəbər verir ki, axtarış sistemi təqribən 10 il ərzində ilk dəfə bu addıma əl atıb.
Sonuncu belə yeniləmə 2015-ci il sentyabrın 1-də olub.
Yeni dəyişiklik nəticəsində mavi fondakı ağ rəngli kiçik "g" hərfi dördrəngli böyük hərfə - "G"yə çevrilib.
Bundan sonra "Google" nişanında qırmızı rəvan olaraq sarıya, sarı yaşıla, yaşıl isə göyə keçir.
Hazırda yeni nişan "iOS" üçün "Google axtarışı" tətbiqində artıq istifadə olunur.