04 may 2025 19:19
152

Xaçmazda minik avtomobili aşıb, biri uşaq olmaqla 4 nəfər yaralanıb 

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"İki sahil"in Şimal bürosu xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Yaralıların vəziyyəti ağırdır, onlara ilkin tibbi yardım göstərilir. 
Faktla bağlı araşdırma aparılır.

Aydın Adıgözəlov,

Quba, "İki sahil" üçün