Mili Məclisin deputatı Anar Məmmədov Abşeron rayonu Xırdalan Mədəniyyət Evində Ağdərə rayonundan olan sakinləri qəbul edib.
“İki sahil” xəbər verir ki, fərdi qaydada baş tutan qəbulda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınıb, millət vəkilinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, həyata keçirilən müxtəlif sosial layihələrə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib