23 yanvar 2025 19:47
609

Çempionlar Liqasında həftənin futbolçusu

İspaniyanın "Atletiko" (Madrid) klubunun argentinalı hücumçusu Julian Alvares azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, o, Liqa mərhələsinin VII turunda "Bayer 04" (Almaniya) ilə görüşdə (2:1) dubl edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, səsvermədə ikinci yeri Lyuk de Yonq (PSV), üçüncü yeri Vinisius Junior (“Real”, Madrid), dördüncü yeri isə Rafinya (“Barselona”) tutub.