20 noyabr 2026 17:38
45

37 yaşında karyerasını bitirdi

"Sevilya" və Argentina millisinin sabiq yarımmüdafiəçisi Ever Baneqa peşəkar futbolçu fəaliyyətini dayandırmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, 37 yaşlı argentinalı bu barədə "Copa Potrero" turniri zamanı ESPN-ə açıqlamasında bildirib. O, daha əvvəl tərəddüd etsə də, son oyundan sonra futbola vida etməyə qərar verdiyini deyib.

Baneqa Lionel Messinin təklifi olacağı təqdirdə belə qərarını dəyişməyəcəyini vurğulayıb.

Karyerası ərzində "Valensiya", "Atletiko", "İnter", "Nyuells Old Boyz" və "Əl-Şəbab" klublarında da çıxış edən futbolçu "Sevilya" ilə üç dəfə Avropa Liqasının qalibi olub. O, Argentina millisində 62 oyun keçirib və 2008-ci ildə Olimpiya çempionu adını qazanıb.