20 noyabr 2026 17:12
73

“ORDU” CEV ÇELENC KUBOKUNDA 1/16 FİNAL MƏRHƏLƏSİNƏ VƏSİQƏ QAZANIB

 

Kişi voleybolçulardan ibarət “ORDU” komandası bu gün CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda Norveçin “Forde VBK ” klubu ilə qarşılaşıb. Bakıda GİN-in Voleybol Mərkəzində baş tutan oyun təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, komandalar arasında keçirilən hər iki oyunda qalib gələn “ORDU” 1/16 final mərhələsinə vəsiqə qazanıb. Komandamızın bu mərhələdəki rəqibi Niderlandın “Simplex SSS BARNEVELD” klubu olacaq.

CEV Çelenc Kuboku - kişilər (1/32 final mərhələsi)
19 noyabr 2026 (cavab oyunu)
"ORDU” - "Forde VBK” 3:0 (25:18, 25:18, 25:18)
Ünvan: GİN-in Voleybol Mərkəzi

CEV Çelenc Kuboku-kişilər (1/32 final mərhələsi)
11 noyabr 2026 (1-ci oyun)
"Forde VBK” - " ORDU” 0:3 (11:25, 17:25, 19:25)
Ünvan: Norveç, Forde