20 noyabr 2026 17:23
80

İlham Zəkiyev Qran-Pri turnirində çıxış edəcək

Noyabrın 20-21-də Misirin İsgəndəriyyə şəhərində paracüdo üzrə Qran-Pri turniri keçiriləcək.

“İki sahil” xəbər verir ki,  Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, turnirdə ölkəmizi J1 kateqoriyası üzrə +95 kiloqram çəki dərəcəsində ikiqat paralimpiya çempionu İlham Zəkiyev təmsil edəcək.

Onu yarışa baş məşqçi İbrahim İbrahimov çıxaracaq.