20 noyabr 2026 17:06
63

Qasım İsmayılov Rusiyada beynəlxalq turnirin bürünc medalını qazandı

 

Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov Rusiyada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Açıq Kuboku turnirində bürünc medal qazanıb.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 135 kiloqram, təkanla qaldırmada isə 166 kiloqram ağırlığın öhdəsindən gəlib. İki hərəkətin cəmində 301 kiloqram nəticə göstərən Qasım İsmayılov yarışı üçüncü pillədə başa vurub.

İdmançımızı qazandığı uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr arzulayırıq!