Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən “Moon Pub” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama aparılıb.
“İki sahil” xəbər verir ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı fiziki şəxs Əliyev Zaur İslam oğluna məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki-normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib