23 yanvar 2025 08:52
635

"Qarabağ" FCSB ilə qarşılaşacaq

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində FCSB 11 xalla 10-cu, "Qarabağ" isə 3 xalla 33-cüdür. 

Qurban Qurbanovun komandası pley-off şanslarını qorumaq üçün Rumıniya klubuna qalib gəlməlidir. 

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin son - 8-ci turunda Yunanıstan "Olimpiakos"unun qonağı olacaq.

UEFA Avropa Liqası,

Liqa mərhələsi,

7-ci tur

21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya)

Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)

VAR: Mihal Oçenaş

AVAR: Martin Dohal

Tofiq Bəhramov adına Respublika Stadionu