Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyaya keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, ondan 4 kiloqram narkotik vasitə olan marixauana, tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, C. Bayramov ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib