09 yanvar 2025 11:08
102

Dövlət Xidməti gəmilərə texniki baxış keçirəcək

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2025-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək:

Qeyd edilib ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin, çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.