Azərbaycanda terror aktı hazırlığında ittiham olunan Elşən Nəcəfovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın keçirilən prosesdə Elşən Nəcəfovun istintaqa verdiyi ifadələr elan olub.
O, ifadəsində dini ideyalarla yaşadığını, bəzi ölkələrə ürəkdən nifrət etdiyini deyib. Daha sonra Elşən Nəcəfov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və terrorçuluğa açıq çağırışlar yazılmış paylaşımlar etdiyinə görə peşman olduğunu bildirib.
İş üzrə sənədlərin tədqiqi yekunlaşıb. Məhkəmə prosesi fevralın 6-da davam edəcək. (Report)