Rusiya Ukrayna münaqişəsində döyüş meydanında qeyri-standart qərarlar qəbul etdiyinə görə qalib gələcək.
“İki sahil” xəbər verir ki, “National İnterest” belə qənaətə gəlib.
“National İnterest” yazır: “Qərb qəbul etməlidir ki, ruslar daha böyük strateji dərinliyə və innovativ həllər tapmaq və döyüş meydanındakı vəziyyətə uyğunlaşmaq qabiliyyətinə görə qalib gələcəklər”.
Müəllifin fikrincə, Rusiya ordusu Ukrayna PUA-larına qarşı “manqal-tanklar"dan uğurla istifadə edib. Nəşr qeyd edir ki, bu və digər qeyri-standart yanaşmalar Rusiyaya qalib gəlməyə kömək edəcək.