09 yanvar 2025 08:12
136

Çin Afrika dövlətləri ilə birgə “Afrika günəş kəməri” layihəsini həyata keçirmək istəyir

Çinin xarici işlər naziri Van Yi Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso ilə görüşdən sonra mətbuat konfransında bildirib ki, ölkəsi “Afrika günəş kəməri” layihəsini həyata keçirmək üçün qitə ölkələri ilə birgə işləyəcək. Çin Afrikanın “yaşıl və aşağı karbonlu inkişaf” yolunda irəliləməsinə kömək edəcək.

“İki sahil” xəbər verir ki, Çinin “yaşıl inkişaf” yolunda Afrikanı həmişə dəstəklədiyi bildirilib. Qitədə istifadəyə verilmiş günəş elektrik stansiyalarının ümumi gücü 1,5 giqavatdan çoxdur.

Vurğulanıb ki, Çin-Afrika Əməkdaşlıq Forumunda (FOCAC) irəli sürülmüş “təmiz enerji” layihələri birlikdə həyata keçiriləcək və Çin bu işdə Afrika ilə əməkdaşlıq edəcək.