08 yanvar 2025 23:57
132

ABŞ Panama kanalına nəzarəti Vaşinqtona qaytarmaq üçün hərbi gücdən istifadə edəcəkmi?

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçid komandası Panama kanalına nəzarəti Vaşinqtona qaytarmaq üçün hərbi gücdən istifadə variantını istisna edir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu keçid komandanın nümayəndəsi bildirib.

Onun fikrincə, Trampın Panama kanalı ilə bağlı bəyanatları növbəti Amerika administrasiyasının bu mühüm infrastruktur obyektinə nəzarətin Çinin əlinə keçməsinin qarşısını almaq istəyi kimi qiymətləndirilməlidir.

Nümayəndə deyib ki, Tramp yalnız kanala məhdudiyyətsiz girişi saxlamaq və onun Çinin əlindən çıxmasını təmin etmək istəyir.

Xatırladaq ki, Tramp bu yaxınlarda Vaşinqtonun Panama kanalına nəzarəti qaytarmalı olduğunu bəyan etmiş, həmçinin Danimarka muxtariyyəti olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin tərəfdarı olduğunu söyləmişdi.