07 yanvar 2025 14:56
135

İran Əsədin devrilməsindən sonra qoşunlarının böyük hissəsini Suriyadan çıxarıb - “The Wall Street Journal”

Bəşər Əsəd rejimi devrildikdən sonra İranın qoşunlarının böyük hissəsini Suriyadan çıxarıb.

“İki sahil” xəbər verir ki, bu haqda “The Wall Street Journal” Qərb ölkələri və ərəb dövlətlərindən olan mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, İran hərbçiləri bəzi texnika və silahları tərk etmək məcburiyyətində qalıb, daha sonra onlar İsrailin zərbələri nəticəsində məhv edilib və ya müxalifət qüvvələri tərəfindən ələ geçirilib.

Nəşrin mənbələri bildirirlər ki, bir çox iranlı hərbçi İraqla sərhəddə yerləşən sərhəd keçid məntəqəsindən Suriyanı tərk edib, bəziləri isə Dəməşqdən Tehrana uçub.

Suriyanın yeni administrasiyası bu yaxınlarda ölkənin şimalında yerləşən PKK-dan  silahlarını qeyd-şərtsiz silahlarını yerə qoymağı tələb edib.