Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində ümumi itkilərinin sayı 50 min hərbçini keçib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna tərəfi 50120-dən çox hərbi qulluqçusunu itirib", - deyə, məlumatda qeyd edilir.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin 294 tankı məhv edilib.