08 yanvar 2025 15:36
118

Ermənistan ABŞ-nin strateji tərəfdaşı olmaq istəyir - Mirzoyan

Ermənistan və ABŞ nümayəndələri strateji tərəfdaşlıq sənədinin müzakirəsi üçün görüş hazırlayırlar.

"İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.

"Biz strateji dialoqun səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşdıq. Müvafiq sənədlər müzakirə olunur", - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan və ABŞ rəsmiləri arasında görüş planlaşdırılır və nəticələr barədə məlumat veriləcək.