09 yanvar 2025 14:26
103

Ermənistanın Aİ və Aİİ-də eyni zamanda üzvlüyü mümkün deyil - Peskov

Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü onun suveren hüququdur, lakin iki fərqli beynəlxalq təşkilatın üzvü olmaq mümkün deyil.

“İki sahil”  Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aİ-yə bu üzvlük nə deməkdir? Bunu indi demək çətindir. Çünki əlbəttə ki, hipotetik olaraq düşünsək, iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil", - o bildirib.

D.Peskov qeyd edib ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Ermənistan üçün faydalıdır.