"Yuventus"un futbolçusu Kenan Yıldız ən yaxşı 21 yaşadək futbolçular sırasına düşüb.
“İki sahil” xəbər verir ki, Türkiyə millisinin 19 yaşlı hücumçusu "Tuttosport" nəşrinin 2003-cü ildən bu yana 21 yaşadək futbolçunu müəyyənləşdirmək məqsədilə keçirdiyi sorğunun laureatlarından olub. O, "Golden boy" (Qızıl oğlan) mükafatına layiq görülən futbolçular sırasında yer alıb.
"Barselona"nın futbolçusu Lamin Yamala "Golden boy", Kenan Yıldıza isə "Golden boy web" mükafatı verilib.
"Tuttosport" Kenanla bağlı yazısına 'Ulduz bir dənədir" başlığını verib. Yazıda onun "Yuventus"lu azarkeşlərin idolu olduğu qeyd edilib.
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir