20 oktyabr 2026 17:22
114

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursu keçirilir

 

AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursunun növbəti təlimlərinə  20 oktyabrtarixində start verilib.

Kursun açılış mərasimində AFFA Futbol Layihələri şöbəsininrəhbəri Fərid Nağdaliyev D kurslarının mahiyyəti və əhəmiyyətibarədə məlumat verib. BFF prezidenti Tahir Süleymanov çıxışedərək iştirakçılara uğurlar arzulayıb. AFFA təlimçisi İlham Əzizzadə kursa hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərəktəşkilatçılara təşəkkür edib və yaradılan şəraitin tədrisinkeyfiyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.

AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişaf Strategiyasınauyğun olaraq Bayıl stadionundakı Futbol İnkişaf Mərkəzində təşkiledilən üç günlük kursa 25 nəfər cəlb edilib. 

Təlim AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.

Kursun əsas məqsədi iştirakçıların futbol məşqçiliyi sahəsindənəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirməkvə onların gələcək məşqçilik fəaliyyətinə hazırlanmasına dəstəkolmaqdır.

Kursun sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlartəqdim olunacaq.