06 dekabr 2024 14:27
203

14 ildən sonra ilk dəfə Yaponiyada ilin avtomobili seçildi - FOTO

Yaponiyada ilin avtomobili mükafatının münsiflər heyəti 2024-cü il üçün əsas kateqoriya üzrə qalibləri elan edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, mükafat Honda Freed hibrid miniveninə verilib. Honda brendi modeli 2010-cu ildən sonra ilk dəfə bu mükafatı qazanıb.

İkinci yeri Mazda CX-80 krossoveri, üçüncü yeri Yaponiya bazarında ən yaxşı xarici avtomobil kimi tanınan MINI Cooper tutub.

L200 kimi də tanınan Mitsubishi Triton pikapı ən yaxşı dizayn nominasiyasında qalib gəlib. Bundan əlavə, hidrogenli Honda CR-V texnologiya kateqoriyasında mükafat alıb. Xüsusi mükafat Mazda-ya verilib.