21 oktyabr 2026 07:57
102

ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir

Ağ Ev hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinin satışına qoyulmuş sanksiya məhdudiyyətlərini yumşaltmağa razılaşmasından və Kremlin maraqları naminə digər addımlar atmasından sonra Moskvada "kompromisə daha böyük hazırlıq" nümayiş etdiriləcək.

“İki sahil” xəbər verir ki, bunu "Axios" məlumatlı mənbəyə istinadla yazıb.

Norveç paytaxtı Osloda ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən danışıqların gedişindən məlumatlı olan mənbə qeyd edib ki, tərəflər Rusiya ilə sonrakı dialoqa dair mövqelərini razılaşdırıblar.

Məlumata görə, görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair çərçivə sazişi ilə bağlı vahid təklif müzakirə olunub. Nəşrin həmsöhbətinin sözlərinə görə, Ukrayna yeni ideyalar və təkliflər irəli sürüb, onlar ətraflı şəkildə nəzərdən keçirilib. Mənbə danışıqlar zamanı əhəmiyyətli irəliləyişin əldə olunduğunu və sonrakı addımlar barədə işçi səviyyədə mövqelərin razılaşdırıldığını qeyd edib.

Portal vurğulayıb ki, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı ona yenilənmiş təklif paketini təqdim edəcək, Trampın kürəkəni Cared Kuşner isə görüşə videobağlantı vasitəsilə qoşulacaq.