21 oktyabr 2026 08:19
113

İraq İranla sərhəd keçid məntəqələrinin əksəriyyətini bağlayıb

İraq hökuməti İranla sərhəd keçid məntəqələrinin əksəriyyətini növbəti xəbərdarlığa qədər bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Portalın məlumatına görə, qərar Bağdadın İranın İraq ərazisindən Səudiyyə Ərəbistanına edilən hücumlarda iştirakına dair dəlillər əldə etməsindən sonra verilib.

Mənbənin bildirdiyinə görə, sərhəd keçidlərinin bağlanması barədə göstərişi İraqın Baş naziri Əli əl-Zeydi verib. İraq tərəfi İranın Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə hücumda iştirak etdiyini, həmçinin dron komponentlərinin İraq ərazisinə gətirildiyini və sonradan hücumlarda istifadə olunduğunu iddia edir.

İraq və İranın rəsmi qurumları məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

Qeyd edək ki, sentyabrın 11-də Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə zərbə endirilib. Ertəsi gün İraqın baş naziri hücumda istifadə edilən pilotsuz uçuş aparatlarının ölkə ərazisindən buraxıldığının təsdiqlənməsindən sonra Meysan əyalətinin əməliyyat komandanlığının rəhbərini vəzifəsindən azad edib.