Venesuela hökuməti ABŞ-ın hakim partiyaya yaxın yüksək səviyyəli şəxslərə qarşı sanksiyalarını pisləyib.
“İki sahil” xəbər verir ki, açıqlamada Venesuelanın ABŞ-ın təktərəfli zülmkar qərarlarına boyun əyməyəcəyi vurğulanıb: "Bu, eqoist, səhv və çarəsiz bir hökumətin hərəkətidir. Biz bunu seçkilərdəki uğursuzluğu və sosial böhranı ölkə daxilində gizlətmək cəhdi olaraq görürük. ABŞ hökuməti bu sanksiyalarla öz ölkəsindəki daxili problemləri ört-basdır etməyə çalışır".
Venesuela hökuməti ABŞ-ın bu sanksiyalarla ictimaiyyətdən dəstək tapa bilməyən bir qrupa dəstək verməyi hədəflədiyini ifadə edib: “Bu siyasətlər Venesuelada demokratiyanı təşviq etməkdən daha çox uğursuz rejim dəyişikliyi siyasətini davam etdirmək üçün bir qrup faşistə son nəfəs vermək məqsədi daşıyır”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”